XƏBƏR
10:27

  Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər

Gündəm

Xəbər lenti

Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görüldülər.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 2018-ci il ərzində gimnastika növləri üzrə keçirilmiş dünya çempionatlarının nəticələrinə əsasən Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər.

 

Sofiyada (Bolqarıstan) baş tutmuş dünya çempionatındakı nəticələrinə əsasən bədii gimnastımız Zöhrə Ağamirova, Antverpendə (Belçika) təşkil olunmuş dünya çempionatında akrobatlarımız, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi, idman gimnastikası üzrə çempionatda (Doha, Qətər) göstərdiyi nəticəyə görə isə kişi idman gimnastımız Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılıb.

 




  Yayım tarixi :01 Mart 2019   10:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .