XƏBƏR
16:36

  Magistraturaya qəbul imtahanında qızlar daha yaxşı nəticə göstəriblər

Gündəm

Xəbər lenti
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsində iştirakçıların 5434-ü (43,32 faiz) oğlan, 7111-i (56,68 faiz) qız olub.

Agyol.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, 2018-ci ildə də eyni mənzərə müşahidə olunub. Ötən il imtahanda iştirak edənlərin 42,79 faizini (5238 nəfər) oğlanlar, 57,21 faizini (7003 nəfər) isə qızlar təşkil edib.

2018-ci ildə olduğu kimi, bu il də qızlar oğlanlara nisbətən imtahanda daha yaxşı nəticə göstəriblər. Qızların 55,28 faizi, oğlanların isə 44,72 faizi imtahanda ən azı 50 bal toplayıb.




  Yayım tarixi :28 Fevral 2019   16:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .