XƏBƏR
15:26

  Türkiyə Parlamentinin yeni spikerinin Azərbaycana səfər TARİXİ məlum oldu

Gündəm

Xəbər lenti

Türkiyə Parlamentinin yeni seçilmiş spikeri Mustafa Şentopun Azərbaycana səfər tarixi dəqiqləşib.

 

Agyol.az xəbər verir ki, M.Şentopun martın 5-6-da Azərbaycana səfər edəcəyi bildirilir. Səfər çərçivəsində türkiyəli spikerin Azərbaycanda yüksək səviyyəli görüşlər keçirəcəyi nəzərdə tutulur.

 

Qeyd edək ki, Türkiyə KİV-ləri spikerin, həmçinin Şimali Kiprə də səfər edəcəyi barədə xəbər yayıb.

 

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentop fevralın 24-də keçirilmiş səsvermə nəticəsində Türkiyə Böyük Millət Məclisinin sədri seçilib və bu vəzifədə Binəli Yıdırımı əvəz edib.




  Yayım tarixi :28 Fevral 2019   15:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .