XƏBƏR
11:16

  Putin və Netanyahu Suriya ilə bağlı razılaşdı

Gündəm

Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin ötən gün İsrail Baş naziri Binyamin Netanyahunu qəbul edib.

 

Agyol.az xəbər verir ki, Moskvada baş tutan görüşdə Suriya problemi, İsrail-Fələstin qarşıdurmasının həllinə dair məsələlər müzakirə edilib. Bundan başqa, iki ölkə arasında ticarət və iqtisadi məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

 

Suriyada vətəndaş müharibəsi ilə bağlı problemi müzakirə edən Putin və Netanyahu buradan xarici döyüşçülərin çıxarılması üçün razılaşıb. Bildirilir ki, xarici döyüşçülərin Suriyadan çəkilməsi üçün başqa ölkələrlə birlikdə qrup yaradılacaq.

 

Müzakirə zamanı İsrail Baş naziri bildirib ki, aramızdakı əməkdaşlıq problemlərin və qarşıdurmaların olmamasına zəmanət verir: “Həmçinin, bölgəmizdəki sabitliyi və təhlükəsizliyi təmin edir”.




  Yayım tarixi :28 Fevral 2019   11:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .