XƏBƏR
09:14

  Türkiyədə “Xocalı üçün paylaş” aksiyası keçirilib

Gündəm

Xəbər lenti

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin iş adamları, idmançıları, incəsənət nümayəndələri, siyasətçiləri və tələbələr bu qətliamı bütün dünyaya çatdırmaq üçün “Xocalı üçün paylaş” aksiyası keçiriblər.

 

Agyol.az xəbər verir ki, aksiya çərçivəsində hamı eyni anda öz sosial media hesabları vasitəsilə Xocalı soyqırımı haqqında türk, rus, ingilis və fransız dillərində paylaşımlar ediblər. Paylaşımlar “Unutma, unutsan səni də unudarlar”, “Hər zaman barış istəyirik”, “Keçmişdə bizə qarşı olanları mütləq xatırlayacağıq” və digər başlıqlar altında olub.




  Yayım tarixi :28 Fevral 2019   09:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .