XƏBƏR
12:50

  Avropa Mərkəzçi Demokrat İnternasionalın Prezidenti Bakıya gəlib

Gündəm

Xəbər lenti

Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti YAP-ın dəvəti ilə Bakıya səfərə gəlib.

 

Agyol.az xəbər verir ki, Partiyadan verilən məlumata görə, Andres Pastrananı Azərbaycana səfərində MDİ-nin Baş katibi Antonio Lopez-İsturiz Uayt və baş koordinator Sezar Rossello müşayiət edir.

 

Avropa Mərkəzçi Demokrat İnternasionalın nümayəndə heyətinin fevralın 27-də başlayan səfəri çərçivəsində Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov ilə görüşü nəzərdə tutulub.

 

Nümayəndə heyətinin səfər proqramına bir sıra rəsmi görüşlər, Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri ilə görüş, eləcə də Bakının tarixi- mədəni abidələri ilə tanışlıq daxildir.

 

Avropa Mərkəzçi Demokrat İnternasionalın nümayəndə heyətinin Bakıya səfəri fevralın 28-də başa çatacaqdır.




  Yayım tarixi :27 Fevral 2019   12:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .