XƏBƏR
09:06

  Ərdoğan: Türkiyə S-400 sistemlərinin alınması məsələsində geri addım atmayacaq

Gündəm

Xəbər lenti

Türkiyə S-400 sistemlərinin alınması məsələsində geri addım atmayacaq.

 

Agyol.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" və "Star TV" telekanallarına müsahibəsi zamanı bildirib.

T.Ərdoğan deyib: "S-400 məsələsində artıq dala addım atmaqdan söhbət belə gedə bilməz".

 

Bundan əlavə, Türkiyə prezidenti Türkiyə prezidenti "Petriot" zenit-raket komplekslərinin də alınmasının mümkün olduğunu bildirib: "Məsələ "Petriot" sistemlərinə gəldikdə əgər bizə yaxşı şərtlər təklif edilsə, biz onları nəzərdən keçirə bilərik. Biz alternativ variantları öyrənməyə borcluyuq".




  Yayım tarixi :27 Fevral 2019   09:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .