XƏBƏR
09:33

  Deputat: Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq

Gündəm

Xəbər lenti
Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq.

Agyol.az xəbər verir ki, bunu Türkiyə parlamentinin Ədalət və İnkişaf Partiyasından (AKP) deputatı Mehmet Əli Özkan deyib.

Onun sözlərinə görə, Xocalı faciəsi 20-ci əsrin ən qanlı faciəsidir:

“ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni etməlidir”.

Deputat qeyd edib ki, Xocalıda törədilmiş cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib və heç sübuta ehtiyacı yoxdur.




  Yayım tarixi :26 Fevral 2019   09:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .