XƏBƏR
09:27

  Monteneqro mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Gündəm

Xəbər lenti

Monteneqronun geniş oxucu kütləsinə malik “volimpodgoricu.me” internet xəbər portalında Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin üzvü Sanida Sabotiçin “Xocalıdakı soyqırımdan 27 il ötür” başlıqlı məqaləsi yayımlanıb.

 

Agyol.az xəbər verir ki, məqalədə Azərbaycan xalqının uzaq keçmişdə olduğu kimi yaxın keçmişdə də müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılması uğrunda mübarizədə böyük əzablar yaşadığı qeyd edilir. Həmçinin S.Sabotiç məqaləsində bu soyqırımın 1992-ci il fevralın 25 və 26-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədildiyini, nəticədə dinc əhalinin vəhşicəsinə öldürüldüyünü qeyd edir. Erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının yalnız həmin şəhərin əhalisinə deyil, eləcə də insanlığa, bütün sivilizasiyalara və beynəlxalq sülhə qarşı yönəldiyini bildirilir.

 

Sonda, S.Sabotiç Xocalı soyqırımı da daxil olmaqla insanlığa qarşı törədilmiş bu cür cinayətlərin bundan sonra təkrarlanmamasını arzulayır.




  Yayım tarixi :26 Fevral 2019   09:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .