XƏBƏR
09:25

  Məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib

Gündəm

Xəbər lenti

Fevralın 26-da ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunub. Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən Vətən oğullarının və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Agyol.az xəbər verir ki, dərsləri tədris edən müəllimlər 27 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.

 

Bundan əlavə, ümumtəhsil müəssisələrində Xocalı faciəsinə həsr olunan mühazirə, toplantı, dəyirmi masa və konfranslar keçirilib. Ədəbi-bədii kompozisiyalar, videoçarxlar, sənədli və bədii filmlər nümayiş etdirilib. Həmçinin Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanıb.

 

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar təhsil müəssisələrinin kollektivi “Ana harayı” abidə kompleksini ziyarət edirlər.




  Yayım tarixi :26 Fevral 2019   09:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .