XƏBƏR
09:12

  Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı davam və inkişaf etdirmək niyyətindədir - Administrasiya

Gündəm

Xəbər lenti

Fevralın 27-də Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya rəsmi səfəri başlayacaq. Agyol.az-ın məlumatına görə, Gürcüstan Prezidentinin Administrasiyası səfərdə məqsədin qonşu ölkə kimi Azərbaycanla strateji tərəfdaşlığı davamlı şəkildə inkişaf etdirmək olması barədə xəbər yayıb.

 

Bakıda Gürcüstan liderinin yüksək səviyyədə görüşlər keçirəcəyi gözlənilir.

 

Bundan başqa, S.Zurabişvilinin Azərbaycanda təhsil alan gürcü tələbələr, burada işgüzar dairələrin nümayəndələri ilə görüşəcəyi də nəzərdə tutulur.




  Yayım tarixi :26 Fevral 2019   09:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .