XƏBƏR
17:19

  Türkiyə parlamenti: Xocalı faciəsi bəşəriyyətin vicdanında qara ləkədir

Gündəm

Xəbər lenti

Xocalı faciəsi bəşəriyyətin vicdanında qara ləkədir.

 

Agyol.az-ın məlumatına görə, bu barədə Türkiyə parlamentinin Xarici işlər komissiyasının bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı bu qanlı faciəyə zəruri qiyməti verməlidir.

 

Bəyanatda o da vurğulanır ki, Türkiyə qardaş Azərbaycanın kədərini bölüşür və Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir:

 

“Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını qətiyyətlə pisləyir”.

 




  Yayım tarixi :25 Fevral 2019   17:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .