XƏBƏR
17:18

  Hikmət Hacıyev: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini daha da genişləndirib"

Gündəm

Xəbər lenti
Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir. Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra həmin ərazilərdə qanunsuz fəaliyyətə başlayıb: "Ermənistan tərəfi işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edir, dünya bazarlarında satışa çıxarır".

Şöbə müdiri qeyd edib ki, beynəlxalq qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur: "Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir. Azərbaycan tərəfinin müraciəti əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub".

PA rəsmisi deyib ki, Ermənistan tərəfinin bu qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə törədir:

"Azərbaycan beynəlxalq təşkilatlara və digər dövlətlərə müraciət edir ki, özlərinin hüquqi və fiziki şəxslərini AzərbaycanLn işğal olunmuş ərazilərində fəaliyyət göstərməkdən çəkindirsinlər. Azərbaycan beynəlxalq qanunlar və öz qanunları çərçivəsində işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə qarşı hüquqi addımlarını davam etdirəcək. İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında da qaldırılacaq. Azərbaycan öz milli resursları, milli peyki sayəsində bu qeyri-qanuni fəaliyyətlə bağlı faktları toplayıb".




  Yayım tarixi :25 Fevral 2019   17:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .