XƏBƏR
17:13

  XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gündəlikdədir

Gündəm

Xəbər lenti

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü gündəlikdə dayanır.


Agyol.azn məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

 

L.Abdullayeva bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə son səfəri zamanı da müzakirə olunub:

 

"Azərbaycan nəticəyə istiqamətlənmiş və işğal olunmuş ərazilərinin azad edilməsinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsinə yönəlmiş görüşləri keçirməyə hazırdır".




  Yayım tarixi :25 Fevral 2019   17:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .