XƏBƏR
15:38

  Qaqarinin qələmi və avtoqrafı Fransada hərraca çıxarılıb

Gündəm

Xəbər lenti

Dünyanın ilk kosmonavtı Yuri Qaqarinin doldurma qələmi və öz əli ilə yazdığı sənəd Fransada "Cazo" hərrac evində satışa çıxarılıb.

 

Agyol.az-ın məlumatına görə, lotun dəyəri 15-20 min avro təşkil edir. Sarı metal haşiyəli qara qələm raket formasında işlənib. Qələmin yuxarısında yazılıb: "СССР Сентябрь 1959". Y.Qaqarinin avtoqrafı sovet dənizçiləri və çay nəqliyyatı işçilərinə ünvanlanmış təbrik məktubudur.

 

Daha bir lot isə kosmonavtın ölümündən 3 gün əvvəl - 24 mart 1968-ci ildə çəkilmiş 12 fotosundan ibarətdir. Dəyəri 5-7 min avro olan bu fotoların 11-i bundan əvvəl heç bir yerdə göstərilməyib.

 




  Yayım tarixi :25 Fevral 2019   15:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .