XƏBƏR
11:12

  Sabah Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq

Gündəm

Xəbər lenti

Fevralın 26-da Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Agyol.az-ın məlumatına görə, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

 

Məhdudiyyət saat 08:00-dan tədbir başa çatanadək davam edəcək.

 

"Ana harayı" abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

 




  Yayım tarixi :25 Fevral 2019   11:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .