XƏBƏR
10:15

  Görkəmli kinorejissor Tofiq Tağızadənin xatirəsi anılacaq

Gündəm

Xəbər lenti

Martın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

 

Agyol.az xəbər verir ki, bu barədə Dövlət Film Fondunun mətbuat katibi Rəşad Qasımov məlumat verib.

 

Bildirib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

 

Eyni zamanda, “ARB Aranfilm” yaradıcılıq mərkəzinin istehsalı olan, rejissor Yeganə Əbdülməmmədovanın “Tofiq Tağızadə - 100” sənədli filmi nümayiş olunacaq.




  Yayım tarixi :25 Fevral 2019   10:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .