XƏBƏR
09:31

  Rami Malek ən yaxşı aktyor kimi "Oskar" mükafatı aldı

Gündəm

Xəbər lenti
Aktyor Rami Malek "Bohem Rapsodiyası" filmində oynadığı Freddi Merkyuri roluna görə ən yaxşı aktyor kimi "Oskar" mükafatına laiq görülüb.

Agyol.az-ın məlumatına görə, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatının 91-ci təqdimetmə mərasimi Los-Anceles şəhərində "Dolby" teatrında keçirilir.
Aktyor mərasimdə nitqi zamanı ailəsinə, çəkiliş qrupuna və "Queen" qrupuna minnətdarlığını bildirib.
"Ən yaxşı aktyor" nominasiyasına həmçinin Bredli Kuper, Kristian Beyl, Viqqo Mortensen, Uillem Defom da təqdim olunmuşdular.




  Yayım tarixi :25 Fevral 2019   09:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .