XƏBƏR
14:28

  Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib

Gündəm

Xəbər lenti
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə başsağlığı məktubu ünvanlayıb.

Agyol.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"




  Yayım tarixi :23 Fevral 2019   14:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .