XƏBƏR
13:05

  Türkiyə Dardanel boğazını yenə bağladı, bu dəfə başqa SƏBƏB

Gündəm

Xəbər lenti

Türkiyə həftə ərzində artıq ikinci dəfədir ki, Dardanel boğazını beynəlxalq gəmilər üçün bağlayıb.

 

Agyol.az xəbər verir ki, boğazda gəmilərin hərəkəti səhər saat 09:15-dən dayandırılıb. Gəmilərin hərəkətinin dayandırılmasına isə hazırda müşahidə olunan güclü külək və yağış səbəb olaraq göstərilir.

 

Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmilər üçün fevralın 21-də bağlanmışdı. Həmin gün isə boğazda hərəkət qatı duman səbəbindən dayandırılmışdı.




  Yayım tarixi :23 Fevral 2019   13:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .