XƏBƏR
12:49

  Gənclər arasında güləş üzrə Azərbaycan çempionatı davam edir

Gündəm

Xəbər lenti

“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında güləş üzrə Azərbaycan çempionatı davam edir.

 

Agyol.az xəbər verir ki, çempionatın ikinci günündə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri birincilik uğrunda mübarizə aparırlar.

 

Qeyd edək ki, sərbəst güləşçilərin mübarizəsində Azər Əhmədov (57 kq), İntiqam Vəlizadə (61 kq), Vahid Əlizadə (65 kq), Əşrəf Aşurov (70 kq), Nəsib İsayev (74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mayılov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əliyev (97 kq) və İslam Abuyev (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.




  Yayım tarixi :23 Fevral 2019   12:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .