XƏBƏR
10:30

  Türkiyədə “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı film çəkilib

Gündəm

Xəbər lenti

Türkiyənin “Haber Global” agentliyi tərəfindən “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı bədii film çəkilib. Xocalı qətliamını özündə əks etdirən ekran əsəri o dəhşətli gecənin şahidləri ilə müsahibələr əsasında hazırlanıb.

 

Agyol.az xəbər verir ki, filmdə XX əsrin ən dəhşətli faciələrindən biri olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalıda baş vermiş soyqırımı aktına aid faktlar yer alır.

 

Bədii filmin fevralın 26-da saat 12.30 və 20.30-da agentliyin səhifəsində nümayiş etdirilməsi planlaşdırılır.

 




  Yayım tarixi :23 Fevral 2019   10:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .