XƏBƏR
17:30

  Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

Gündəm

Xəbər lenti

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə cari ilin ilk ixrac missiyası fevralın 25-də Çin Xalq Respublikasının paytaxtı Pekinə təşkil ediləcək.

 

Agyol.az xəbər verir ki, missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxildir.

 

Səfər çərçivəsində Azərbaycan iş adamları Çin şirkətləri ilə məhsulların ixracına dair müzakirələr aparacaq, potensial alıcılarla görüşəcəklər. Bununla yanaşı, Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə dəyirmi masa və Azərbaycan şərablarının dequstasiyası təşkil olunacaq.

 

İxrac missiyası martın 1-dək davam edəcək.




  Yayım tarixi :22 Fevral 2019   17:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .