XƏBƏR
12:13

  Bu ilin sonundan Ələt-Astara yolu ödənişli olacaq - Saleh Məmmədov

Gündəm

Xəbər lenti

Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolu bu ilin sonundan ödənişli olacaq.

 

Agyol.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 

Onun sözlərinə görə, artıq yolun ödənişli olması ilə bağlı lazımi tədbirlər görülüb: "Bu yolun əvvəlcə ödənişli olması müəyyən edilməmişdi. Sonradan qərara alındı ki, eyni yola alternativ yol var və ona görə də həmin yol ödənişli ola bilər. Bununla bağlı biz aidiyyəti qurumlara təklif vermişik. Təklif Prezident İlham Əliyev və Nazirlər Kabineti tərəfindən qəbul olunub".

 

S.Məmmədov bu ilin sonuna qədər həmin yolun 172 kilometrlik hissəsinin ödənişli istifadəsinin nəzərdə tutulduğunu qeyd edib.

 




  Yayım tarixi :22 Fevral 2019   12:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .