XƏBƏR
11:19

  Xərçəngin qarşısını necə almalı? – Alimlərdən tapıntı

Gündəm

Xəbər lenti

Şəkərdən çox istifadə olunması xərçəng risqini artırır. Amerika alimləri bu qənaətə gəlib.

Agyol.az xəbər verir ki, alimlər siçanlar üzərində eksperiment aparıb: bir qrup heyvanlara yetərincə çox saxaroza veriblər, digərlərinə isə kraxmallı şəkərsiz pəhriz təyin ediblər. Nəticədə məlum olub ki, birinci qrupda qanda şəkərin səviyyəsinin artması ilə bağlı şişin sürətlə böyüməsi müşahidə olunub.

Xərçəng, diabet, piylənmə və ürək xəstəliklərinin inkişafı riskini azaltmaq üçün mütəxəssislər şəkər istehlakını məhdudlaşdırmağı məsləhət görürlər. Şirniyyat yerinə meyvə, qənd yerinə təmiz bal istifadəsini məqbul sayırlar.

Bu arada alimlər kimyəvi üsulla müalicə effektini gücləndirən və xərçəng şişlərinin artımını ləngidən şəkər növü tapıblar. Britaniya Elmi-tədqiqat mərkəzinin bir hissəsi olan xərçəngin öyrənilməsi ilə məşğul olan Битсона İnstitutunda bu araşdırmalar aparılıb.





  Yayım tarixi :22 Fevral 2019   11:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .