XƏBƏR
09:51

  Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Gündəm

Xəbər lenti

Çin, Rusiya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin növbəti – 16-cı görüşü fevralın 27-də Çinin Ucen şəhərində keçiriləcək.

 

Agyol.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi xəbər verir ki, nazirlər Van İ, Sergey Lavrov və xanım Suşma Svarac beynəlxalq və regional məsələləri, dünyada sülhün, sabitliyin və inkişafın təminatı ilə bağlı birgə maraq doğuran mövzuları müzakirə edəcəklər.

 

On ildən çoxdur yaradılan Çin-Rusiya-Hindistan danışıqlar mexanizmi tərəflər arasında ümumi maraq doğuran məsələlərə dair ünsiyyət və əlaqələndirmənin təşkilinə xidmət edir. Sonuncu bu cür görüş 2017-ci ildə Dehlidə baş tutub.

 




  Yayım tarixi :22 Fevral 2019   09:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .