XƏBƏR
09:23

  Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılacaq

Gündəm

Xəbər lenti
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının

səkkizdəbir final mərhələsinin püşkü atılacaq.

Agyol.az xəbər verir ki, UEFA Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk səkkizdəbir finala vəsiqə qazanan “Krasnodar” (Rusiya), “Benfika” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Slaviya” (Praqa, Çexiya), “İnter” (İtaliya), “Renn” (Fransa), "Arsenal” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ayntraxt” (Frankfurt, Almaniya)

“Napoli” (İtaliya), “Zaltsburq” (Avstriya) “Valensiya” (İspaniya), "Zenit" (Rusiya), “Vilyarreal” (İspaniya) və "Sevilya" (İspaniya) komandaların arasında atılacaq.

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları aprelin 7-də, cavab görüşləri isə mayın 14-də keçiriləcək.

Final qarşılaşması isə mayın 29-da Baki Olimpiya stadionunda olacaq.




  Yayım tarixi :22 Fevral 2019   09:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .