XƏBƏR
12:43

  “Khazar” zavodunda istehsal olunan avtomobillərin 95 faizi satılıb

Gündəm

Xəbər lenti

Neftçala Sənaye Məhəlləsindəki “Khazar” avtomobil zavodunda ötən il 1000-dən çox avtomobil istehsal edilib və onların 95 faizi satılıb.


Agyol.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Khazar” zavodu Sənaye Məhəlləsindəki ən böyük müəssisədir. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda “Khazar”, “AzSamand” və “Peugeot” avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da başlanılıb. “Khazar” zavodunda istehsal edilən avtomobillər “Avro-5” və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

Müəssisədə 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur. “Khazar” avtomobilləri “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.

 




  Yayım tarixi :21 Fevral 2019   12:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .