XƏBƏR
09:16

  Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib

Gündəm

Xəbər lenti

Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistratura pilləsinin məzunları konsert proqramı ilə çıxış edib.

 

Agyol.az xəbər verir ki, Muğam Mərkəzindən verilən məlumata görə, gecədə Hüseynli Lalə, Abdullazadə Abbas, Şahbazlı Aysel, Əliyev Əmrulla, Mehdizadə Gülşən, Əlizadə Fuad, Cəfərova Aydan, Tağızadə Mahirin ifasında R.Şumanın, F.Listin, A.Məlikovun, F.Şopenin, S. Raxmaninovun, P.Çaykovskinin əsərləri səslənib.


Gənclərin öz istedadlarının nümayişi həmişəki kimi maraqla qarşılanıb.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.




  Yayım tarixi :21 Fevral 2019   09:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .