XƏBƏR
18:04

  Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan-2019” layihəsinin iştirakçıları ilə görüş keçirilib

Gündəm

Xəbər lenti

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində və Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Könüllülər Parlamenti – Azərbaycan-2019” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

 

Agyol.az xəbər verir ki, görüşdə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsin üzvləri Məlahət İbrahimqızı və Elşən Musayev iştirak edib.

 

A.Mirzəzadə parlamentin fəaliyyəti ilə bağlı gənclərə məlumat verib.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda gənclər üçün lazım olan şərait yaradılır:

 

“Biz gənclik illərimizdə qanunverici orqanın binasının ətrafında gəzmək belə, bizim üçün əlçatmaz idi. Bu gün gənclərə böyük diqqət və qayğı var. “ASAN Könüllüləri” Təşkilatının fəaliyyəti ilə fəxr edirik”.

 

Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.




  Yayım tarixi :20 Fevral 2019   18:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .