XƏBƏR
13:00

  Sabahın hava PROQNOZU - Külək güclənəcək

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında  gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz  9-11 dərəcə isti təşkil edəcək.

 

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

 

Xəbərdarlıq


Fevralın 21-22-də qərb küləyinin əsasən dağlıq rayonlarda arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.




  Yayım tarixi :20 Fevral 2019   13:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .