XƏBƏR
11:38

  Bu yollarda buzlaşma var - SİYAHI

Gündəm

Xəbər lenti

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (AAYDA) hava şəraitilə əlaqədar olaraq yollardakı son vəziyyətə dair məlumatı açıqlayıb.

 

Agyol.az xəbər verir ki, AAYDA-nın İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, bəzi yollarda buzlaşma səbəbilə qum səpilib, müvafiq tədbirlər həyata keçirilib. Sözügedən yollar aşağıdakılardır:

 

 

1. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu -Yağıntı yoxdur, yolun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda səhər saatlarında buzlşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.        

 

 2. Giləzi – Xızı - Səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.    

 

 3. Bakı – Qobustan - Yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış  hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.    

 

4. Qobustan - Şamaxı - Muğanlı - Yağıntı yoxdur, səhər saatlarında yolun buz bağlamış  hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.           

 

5.  Muğanlı - Ağsu – Yevlax -Yağıntı yoxdur, səhər saatlarında yolun Ağsu dolaylarından keçən buzlaşmış hissələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

6.  Muğanlı – İsmayıllı - Yağntı yoxdur, səhər saatlarından başlayaraq yolun 14-16 km hissəsinə buzlaşmış sahələrə  qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

7. İsmayıllı – Qəbələ-Oğuz –  Şəki - Yağıntı yoxdur, səhər saatlarında yolun İsmayıllı-Qəbələ hissəsində buz bağlamış sahələrə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.    

 

8. Bakı - Ələt – Hacıqabul - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. 

 

7.  Hacıqabul – Ucar – Yevlax -Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.           

 

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

 

9. Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

 

10. Yevlax – Şəki (Göybulaq) -Yağıntı yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

 

11. Gəncə-Daşkəsən – Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

12. Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

13. Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.

 

16. Masallı – Yardımlı - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.  

 

17. Lənkəran – Lerik -Yağıntı yoxdur, səhər saatlarında hava dumanlı olub, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

18. Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti normaldır.      




  Yayım tarixi :20 Fevral 2019   11:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .