XƏBƏR
10:49

  Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir (FOTO)

Gündəm

Xəbər lenti

Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilir.

 

Agyol.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

 

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak edirlər.

 

Dövlətimizin başçısı toplantıda nitq söyləyib.




  Yayım tarixi :20 Fevral 2019   10:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .