XƏBƏR
16:38

  Türkiyə prezidentinin köməkçisi: Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir Yalçın Topçu

Gündəm

Xəbər lenti

Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.


Agyol.az-in məlumatına görə, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.


Onun sözlərinə görə, ən çətin vaxtlarda Azərbaycan və Türkiyə bir-birini dəstəkləyib:


“Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi bütün istiqamətlərdə inkişaf edəcək”.


Y.Topçu əlavə edib ki, ölkələr təhsil sahəsində də fəal əməkdaşlıq edir və Türkiyədə 20 min azərbaycanlı, Azərbaycanda isə 4 min türkiyəli tələbə təhsil alır.

 




  Yayım tarixi :19 Fevral 2019   16:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .