XƏBƏR
14:18

  Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edildi

Gündəm

Xəbər lenti

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.


Agyol.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur.


Qanunun 6-1-ci maddənin mətninin yeni redaksiyasında deyilir: "Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".


Dəyişiklik səsə qoyularaq qəbul edilib.


Qeyd edək ki, hazırda əmək pensiyasının minimum məbləği 110 manat təşkil edir.

 




  Yayım tarixi :19 Fevral 2019   14:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .