XƏBƏR
14:11

  Aİ: "Azərbaycan qısa müddət ərzində nəqliyyat infrastrukturunu uğurla inkişaf etdirib"

Gündəm

Xəbər lenti

Azərbaycan qısa müddət ərzində bir sıra strateji vacib layihə icra etməklə nəqliyyat infrastrukturunu uğurla inkişaf etdirib.


Agyol.az xəbər verir ki, bunu Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyəli nəqliyyat dialoqu üzrə birinci iclas zamanı Avropa Komissiyasının hərəkətlilik və nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey deyib.


Onun sözlərinə görə, buna nümunə kimi ümumilikdə regionda vəziyyəti dəyişən Bakı-Tbilisi-Qars layihəsini, eləcə də Avropa ilə Asiya arasında multimodal yükdaşımalarını təmin edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını göstərmək olar:


"Azərbaycan həm də aviasiya sahəsində şaxələndirilmiş inkişafa nail olub. Heydər Əliyev Beynəlxalq Hava Limanına beş ulduz statusu verilib. Bundan başqa, bu gün beynəlxalq səviyyədə "AZAL", "Buta Airways", "SilkWay" kimi aviaşirkətlər fəaliyyət göstərir və bu şirkətlər beynəlxalq arenada qlobal rəqib statuslarını təsdiq edir".

 




  Yayım tarixi :19 Fevral 2019   14:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .