XƏBƏR
12:49

  Bazar günü Türkiyədə yeni parlament sədri seçiləcək

Gündəm

Xəbər lenti

Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədrinin seçiləcəyi tarix açıqlanıb.


Agyol.Az istinadən xəbər verir ki, yeni spiker fevralın 24-də parlament üzvləri arasında səsvermə yolu ilə seçiləcək.

Yeni seçilmiş sədr TBMM-in 29-cu spikeri olacaq.


Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Binəli Yıldırım İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar ötən gün istefa verib.


B.Yıldırımı parlamentdə müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından deputat Cəlal Adan əvəz edəcək.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.

 




  Yayım tarixi :19 Fevral 2019   12:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .