XƏBƏR
12:15

  Psixoloji qrip anlayışı var? - AÇIQLAMA

Gündəm

Xəbər lenti

İnsanlarda fiziki immunitetlə yanaşı, psixoloji immunitet də olur.


Psixoloji immuniteti zəif olan insanlar tez-tez xəstəliklərə yoluxan insanlar hesab edilir. Onlar hətta heç bir təmas olmadan virusa yoluxmuş birindən xəstəliyi tutduqlarını iddia edə bilirlər.


Maraqlıdır, psixoloji cəhətdən hanısa xəstəliyə yoluxmaq mümkündür?


 “Xüsusən həssas, nevroz və ipoxondereyadan əziyyət çəkən insanlarda bu hallar müşahidə olunur. Onlar xəstələnən zaman kimisə günahlandırırlar. Burada fiziki immunitetlə paralel olaraq psixoloji immunitet çox böyük rol oynayır. Bir insanda psixoloji immunitet nə qədər yüksək olarsa, o insan daha az ax xəstəliklərə yoluxur, xəstələnən zaman isə daha tez sağalır.


Məsələn ən ağır xəstəliklərdən biri sayılan onkoloji xəstələrə paralel olaraq psixoloq dəstəyi də göstərilir. Çünki onların psixoloji dayanıqlılığa ehtiyacları var. Eləcə də, qrip virusuyla bağlı. Elə insan var ki, qripə yaxalanan zaman uzun müddət evdən çölə çıxmır, gec sağalır. Elə insan da var ki, qripi ayaq üzərində keçirir, işə gedir, insanlarla ünsiyyətdə olur. Bu, insandan insana dəyişən bir xüsusiyyətdir. Psixoloji immunitetin yüksək olması həm xəstəliyə tutulma ehtimalını azaldır, həm də sağalma ehtimalını yüksəldir”.

 




  Yayım tarixi :19 Fevral 2019   12:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .