XƏBƏR
11:21

  Binəli Yıldırım bu gün istefa verəcək

Gündəm

Xəbər lenti

Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım bu gün istefaya gedəcək.

 

Agyol.az  xəbər verir ki, yerli vaxtla axşam saat 20:00-da o, artıq rəsmi şəkildə istefa verəcək.

 

Qeyd edək ki, hələ yanvarın 30-da Türkiyə Parlamentinin spikeri B.Yıldırım fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan etmişdi. Spiker istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirmişdi.

 

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.




  Yayım tarixi :18 Fevral 2019   11:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .