XƏBƏR
16:55

  Azərbaycan MDB-də işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir

Gündəm

Xəbər lenti

Ən aşağı işsizlik səviyyəsinin qeydə alındığı MDB ölkələrindən biri də Azərbaycandadır.

 

Agyol.az xəbər verir ki,  bu barədə MDB Dövlətlərarası Statistika Komitəsinin hesabatında qeyd olunub.

 

Belə ki, Azərbaycanda qeydə alınan işsizlərin iqtisadi aktiv əhaliyə nisbəti 0,4 faiz təşkil edir. Bu, Belarusdakı göstəricidən (0,3 faiz) bir qədər aşağıdır.

 

İşsizlərin iqtisadi aktiv əhaliyə nisbəti Rusiyada 0,9 faiz, Qazaxıstan - 1, Moldova - 1,3, Tacikistan - 2,2, Qırğızıstanda isə 2,8 faizdir. Ukrayna və Ermənistanla bağlı məlumatlar yoxdur.

 

MDB-də işsizlərin ümumi sayı 2018-ci ilin sonuna 1,36 milyon təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz azdır.

 

Hesabat dövründə Azərbaycanda 20,1 min, Belarusda 12,5 min, Moldova - 18,7, Qırğızıstan - 70,9, Tacikistan - 51,8, Qazaxıstan - 91,6, Ukrayna - 341,7, Rusiya - 693,2, Ermənistanda isə 64,6 min işsiz qeydə alınıb.




  Yayım tarixi :15 Fevral 2019   16:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .