XƏBƏR
16:49

  Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub

Gündəm

Xəbər lenti

2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyaları 516 milyon dollar olub.

 

Agyol.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı məlumat verir.

 

Bununla yanaşı, Azərbaycanın Türkiyəyə birbaşa investisiyalarının payına 489 milyon dollar düşür.

 

İl ərzində Azərbaycandan Türkiyəyə ən çox sərmayə (178 milyon dollar) noyabrda, ən az isə (13 milyon dollar) dekabrda qoyulub. Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür.

 

Ümumilikdə ötən il Türkiyəyə xarici investisiyaların məbləği 6,5 milyard dollar təşkil edib.




  Yayım tarixi :15 Fevral 2019   16:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .