XƏBƏR
16:07

  Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Prezident İlham Əliyev Litva Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu göndərib.

 

Məktubda deyilir: "Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, Azərbaycan ilə Litva arasındakı mövcud dostluq və tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".




  Yayım tarixi :15 Fevral 2019   16:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .