XƏBƏR
16:04

  Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib

Gündəm

Xəbər lenti

Azərbaycanda sahibkarların enerji şəbəkəsinə qoşulması proseduru sadələşdirilib.

 

Agyol.az xəbər verir ki, bunu  “Azərişıq” ASC-nin Perspektiv inkişaf və ASAN xidmətlə iş idarəsinin rəhbəri Elsevər Rüstəmli deyib.

 

Onun sözlərinə görə, indi sahibkarlar üçün elektrik şəbəkəsinə qoşulma prosesi 20 gün çəkir və iki mərhələdə icra olunur:

 

“Birinci mərhələ sahibkarın “ASAN Kommunal” mərkəzləri və Kiçik və Orta Biznes Evlərinə sənəd təqdim etməyi nəzərdə tutur. Sənədlər ASC-yə göndərildikdən sonra tikinti işləri başlayır. Son mərhələdə “Azərişıq” əməkdaşı müəssisəyə gəlir və müqavilə imzalanır. Bütün bir prosedur 20 gün əhatə edir”.

 

O əlavə edib ki, ASC-yə 240 müraciət daxil olub. Onlardan 207-i artıq qoşulub.




  Yayım tarixi :15 Fevral 2019   16:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .