XƏBƏR
15:36

  Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər

Gündəm

Xəbər lenti

Dağıstanda Yaraq-Qazmalar məntəqəsindən dəmiryol nəqliyyatının keçidi sadələşdirilə bilər.

 

Agyol.az xəbər verir ki, bunu Soçidə investisiya forumunda Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

 

Nazir müavini bildirib ki, bu il həmin buraxılış məntəqəsinin inkişafına maliyyə vəsaiti ayrılıb və görüləcək işlər sayəsində Yaraq Qazmalar məntəqəsinin buraxılış qabiliyyəti artacaq, sərnişinlərin və sərnişin nəqliyyatının keçidi sadələşdiriləcək:

 

"Həmçinin qatarların hərəkəti zamanı sərhəd keçidinin daha tez rəsmiləşdirilməsi barədə danışıqlar aparılması planlaşdırılır".

 

O.Ruhullayevanın sözlərinə görə, Rusiya və Azərbaycan arasında sadələşdirilmiş sərhəd keçidi rejimi beynəlxalq turizm marşrutunun yaradılmasına imkan verəcək ki, bu da tez bir zamanda iki ölkə arasında turist mübadiləsini stimullaşdıracaq.




  Yayım tarixi :15 Fevral 2019   15:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .