XƏBƏR
15:22

  Təhsil Nazirliyi: Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

Gündəm

Xəbər lenti

Magistratura səviyyəsi üzrə ixtisas təsnifatına yenidən baxılacaq və onlar da bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatına uyğunlaşdırılıacaq.

 

Agyol.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

 

Nazirlik rəsmisi gələn il bu istiqamətdə işlərin aparılacağını nəzərə çatdırıb.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda ixtisasların sayının azaldılıb.

 

NK-nın qərarı ilə mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.




  Yayım tarixi :14 Fevral 2019   15:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .