XƏBƏR
15:16

  Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.

 

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

 

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına sülh və rifah arzulayıram".




  Yayım tarixi :14 Fevral 2019   15:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .