XƏBƏR
10:01

  Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Gündəm

Xəbər lenti

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

 

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında bildirilir: “Qardaş Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

 

Allah rəhmət eləsin”.




  Yayım tarixi :13 Fevral 2019   10:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .