XƏBƏR
18:15

  Türkiyədə PARTLAYIŞ - Yaşayış binası dağıldı

Gündəm

Xəbər lenti

Türkiyənin cənubunda Qaziəntəp vilayətində yaşayış binasında partlayış baş verib.

 

Agyol.az xəbər verir ki, partlayış nəticəsində binanın böyük hissəsi dağılıb.

 

İlkin məlumata görə, insident nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

 

Partlayışın səbəbi kimi qaz sızması göstərilir. Hadisə yerinə xilasedicilər və tibbi yardım cəlb olunub.




  Yayım tarixi :12 Fevral 2019   18:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .