XƏBƏR
14:37

  Milli Məclis Xəzər dənizində əməkdaşlığa dair bir neçə sənədi təsdiq etdi

Gündəm

Xəbər lenti

Milli Məclisin bu gün keçirilən plenar iclasında Xəzər dənizində əməkdaşlığa dair bir neçə saziş müzakirəyə çıxarılıb.


Agyol.az xəbər verir ki, , iclasda "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə" Protokolun təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi, o cümlədən "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb.

 

Müzakirələr zamanı deputatlar qeyd olunan sənədlərin Xəzərdə təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

Sənədlər səsə qoyularaq təsdiq edilib.




  Yayım tarixi :12 Fevral 2019   14:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .