XƏBƏR
14:31

  “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq edildi

Gündəm

Xəbər lenti

Milli Məclisdə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi məsələsi müzakirə edilib.

 

Agyol.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləcən plenar iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra konvensiya təsdiq edilib.

 

Qeyd edək ki, 22 il sürən sistemli danışıqlardan sonra avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

 

Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.




  Yayım tarixi :12 Fevral 2019   14:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .